Dek 28, 2015 11:09 Asia/Baku
  • Türkiyənin Dəyanət İşləri Təşkilatının sədri: Müsəlmanlar düşmənlərin fitnələri qarşısında bir olmalıdırlar
    Türkiyənin Dəyanət İşləri Təşkilatının sədri: Müsəlmanlar düşmənlərin fitnələri qarşısında bir olmalıdırlar

Məhəmməd Görməz: Şiə və Sünni beynəlxalq imperializmin fitnələri qarşısında birləşməlidirlər.

Əl-Aləm telekanalının məlumatına görə, Türkiyənin Dəyanət İşləri Təşkilatının sədri Məhəmməd Görməz Tehranda keçirilən 29-cu beynəlxalq vəhdət konfransında deyib: İslam dünyasını kobudluq və ixtilaf alovu bürüyüb. Buna görə də, ağıl və hissiyyat bu böhrandan xilas olmaq üçün İslam Ümmətinin öz birliyini bərpa etməsini tələb edir.

M.Görməz təkfirçilik və imperializmin İslamın ürəyini hədəfə aldığını deyərək, vurğulayıb: Heç bir müsəlman və ya dünyanın azad düşüncəli insanları regionda cərəyan edən ədalətsizliklər və zorakılıqlar qarşısında sükut etməməlidir.

Türkiyənin Dəyanət İşləri Təşkilatının sədri İslam düşmənlərinin terrorçuları İslam dini və müsəlmanlara zərbə vurmaq üçün icad etdiklərini və elə bu məqsədlə də onlara təlimlərin keçildiyini deyərək, əlavə edib: Milyonlarla insanın qırğın edilməsi və didərgin salınması təəssüfləndirici bir hadisədir və indi zaman, təfəkkür və tədbir zamanıdır.

M.Görməz həmçinin deyib: Həqiqi müsəlmanlar İslam dininin özəyi ilə müxalif olan, insanları zorakılığa və zülmə dəvət edən ifratçılıq cərəyanı ilə mübarizə aparmalıdırlar və bunun üçün də müsəlmanlar arasında birlik yaradılmalıdır.

Teqlər