May 01, 2016 08:44 Asia/Baku
  • Moqerini Suriyada atəşkəsə riayətə təkid edib
    Moqerini Suriyada atəşkəsə riayətə təkid edib

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi bir bəyanatda Suriyada toqquşan tərəfləri atəşkəsə riayət etməyi davam etdirməyə çağıraraq, deyib ki, atəşkəsin pozulması bu ölkədə sülh prosesini təxirə salır.

IRNA-nın məlumatına görə, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini şənbə günü gecə bir bəyanatda deyib: BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Di Misturanın dediklərinə əsasən, "düşmənçilik hərəkətlərinin dayandırılması"nın təsir altına alınmasına səbəb olmuş hərəkətlər və kobudluqların artması sülh danışıqlarını təhlükəyə salıbdır.

Belə bir halda, Əlaləm telekanalı bir xəbərdə bildiribdir ki, humanitar yardımlar daşıyan on yeddi yük maşını mühasirə olunmuş Əlfuə və Kəfəriyya məntəqələrinə daxil olub və humanitar yardımlar daşıyan əlli yük maşını da Dəməşq ətrafındakı Zubdani və Məzaya şəhərlərinə daxil olubdur.

Terror qrupları humanitar yardımların daxil olması ilə bir zamanda Əlfuə və Kəfəriyya məntəqələrini hədəfə alıblar.

Mühasirə olunmuş Əlfuə və Kəfəriyya məntəqələrinə qarşı hücumlar qonşuluqda yerləşən Binniş məntəqədən həyata keçirilibdir.

Əlaləm telekanalı digər bir xəbərdə bildiribdir ki, Diyrəlzur şəhərinin Əlcurə məhəlləsindəki Əlfilat məntəqəsinə qarşı terror mərmi hücumunda iki suriyalı həlak olub, beş nəfər də yaralanıbdır.

Teqlər