İyun 27, 2016 09:47 Asia/Baku
  • Papa Fransisk
    Papa Fransisk

Dünya Katoliklərinin rəhbəri Papa Fransisk bazar günü Ermənistana üç günlük səfərini sona çatdırıb.

Bu səfərdə 1915-ci il hadisələrini ermənilərin "soyqırımı" kimi xatırlayan Papa Türkiyə baş nazirinin müavini Nurəddin Caniklinin reaksiyası ilə üzləşib.

Canikli Papanın Ermənistan səfərindən qayıtmasından bir gün sonra onun ermənilərin "soyqırımı" terminini işlətməsindən narahatlığını bildirərək bu hərəkəti "xaç müharibələrinin zehniyyəti"ndən qaynaqlandığını hesab edib.

Vatikanın sözçüsü Federiko Lombardo da cavabında deyib ki, Papa müharibə yaratmaq yerinə körpü yaratmağa çalışır.

Teqlər