İyul 17, 2016 20:19 Asia/Baku
  • Yunanıstanda səkkiz fərari türkiyəli hərbçi mühakimə olunacaq
    Yunanıstanda səkkiz fərari türkiyəli hərbçi mühakimə olunacaq

Yunanıstan Türkiyədə dövlət çevrilişinin uğursuz qalmasının ardınca bu ölkəyə sığınmış səkkiz fərari türkiyəli hərbçini mühakimə edəcək.

IRIB-nin məlumatına görə, ölkələrindəki uğursuz çevrilişin ardınca Yunanıstana qaçmış türkiyəli hərbçilər Yunanıstan prokuroru qarşısında duracaqlar.

Bu şəxslərin vəkillərinin sözlərinə görə, həmin hərbçilərin çevrilişdən xəbərləri olmayıb və onlara göstəriş verilibmiş ki, yaralıları xəstəxanaya köçürsünlər ki, vertolyotları hücuma məruz qalıb.

Şənbə günü dövlət çevrilişinin uğursuz qalmasından sonra bir hərbi vertolyotla Yunanıstana qaçmış 8 türkiyəli hərbçi bazar günü bu ölkədə Yunanıstan ərazisinə qanunsuz giriş və həmin ölkənin hava məkanını pozmaqda ittiahm olunub. Bu 8 nəfər Yunanıstandan siyasi sığınacaq istəyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmin səkkiz hərbçinin bu ölkəyə ekstradisiya edilməsini istəyib.

Yunanıstanın baş naziri Aleksis Sipras Türkiyə prezidentinə deyibdir ki, ölkəsi həmin səkkiz hərbçinin siyasi sığınacaq istəməsini sürətlə araşdıracaq.

Digər tərəfdən, Türkiyə ordusu səkkiz fərari türkiyəli hərbçinin Yunanıstana qaçmaq üçün istifadə etdiyi vertolyotu geri alıbdır.

Belə bir halda, Türkiyə sərhədindən keçərək, özünü Yunanıstanın Lesbus adasına çatdırmaq istəyən iki türkiyəli pilot həbs olunub.

Teqlər