Nyu-Yorkda aksiya \ İmam camaatın qətlə yetirilməsi müsəlmanları qəzəbləndirdi
https://azeri.sahartv.ir/news/dünya-i229567-nyu_yorkda_aksiya_İmam_camaatın_qətlə_yetirilməsi_müsəlmanları_qəzəbləndirdi
Amerika müsəlmanları Nyu-Yorkun "Quinz" məhəlləsində bir araya gələrək, bu şəhər məscidinin imam camaatının qətlə yetirilməsini pisləyiblər. Aksiya iştirakçıları cinayətkarların cəzalandırılmasını tələb ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2016 10:42 Asia/Baku
  •  İmam camaatın qətlə yetirilməsi müsəlmanları qəzəbləndirdi
    İmam camaatın qətlə yetirilməsi müsəlmanları qəzəbləndirdi

Amerika müsəlmanları Nyu-Yorkun "Quinz" məhəlləsində bir araya gələrək, bu şəhər məscidinin imam camaatının qətlə yetirilməsini pisləyiblər. Aksiya iştirakçıları cinayətkarların cəzalandırılmasını tələb ediblər.

Skay Nyus-un verdiyi məlumata görə, Nyu-Yorkda bir məscidin imam camaatı olan 55 yaşlı Əlaəddin Okunci yanında olan bir şəxs ilə birlikdə silahlı hücuma məruz qalıb. Hadisə nəticəsində hər iki şəxs həyatını itirib.

Aksiya iştirakçıları şüarlar verərək, ABŞ rəsmilərini "ədalətin nicatı"na və müsəlmanları dəstəkləməyə səsləyiblər.

Nyu-York polisi baş vermiş cinayətlə bağlı bir şübhəlinin saxlanılmasından xəbər verib və bu barədə istintaqın davam etdiyini elan edib.

Polis həmçinin, hadisənin baş verdiyi məntəqədə yerləşmiş kameraların qeydə aldığı görüntüləri araşdırmaqla məşğuldur.

Hadisənin baş verdiyi məntəqə Nyu-Yorkun ətraf məhəllələrindən sayılır və əsasən ərəb ölkələri, Pakisan və Banqladeşdən gəlmiş müsəlmanların məhəlləsi sayılır.