Kəşmirdə təhlükəsizlik tədbirləri gücləndirilib
Kəşmirin Hindistan bölməsində Hürriyyət konfransı başçıları tərəfindən oturaq aksiya elan olunduğuna görə təhlükəsizlik tədbirləri gücləndirilib.
SəhərTv-nin Ordu dilində yayımlanan bölümünün verdiyi məlumata görə, Hindistanın nəzarətində olan Kəşmirin Ennt Naq bölgəsində bir nəfərin öldürülməsi nəticəsində vəziyyət yenidən gərginləşib.
Hürriyyət konfransının rəhbərlərindən olan Mir Vaiz Ömər Faruq, seyid Əli Şah Gilani və Şübeyr Şah Kəşmir əhalisini bu gün Kəşmir parlamentinin üzvlərinin mənzilləri önündə oturaq aksiya keçirməyə çağırıblar.
Bu çağırışdan sonra hökumət Kəşmirdə xüsusi ilə də, Seringerdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Məlumata görə Seringerdə Hindistan dövlətinin təhlükəsizlik tədbirləri bölgəni hərbi bölməyə çevirib.
Hindistan Kəşmirində durum üç aydır gərgindir və bölgə etiraz aksiyaları və tətillərin şahididir.
Hindistan təhlükəsizlik qüvvələrinin bu müddət ərzində nümayişçilərə qarşı hücumları nəticəsində 105 nəfər həlak olub minlərlə mülki yaralanıb.