Kaliforniya məscidləri təhdid məktubları alıb
ABŞ mediaları Kaliforniya Ştatında, üç məsciddə müsəlmanları təhdid edən məktubların aşkar edilməsindən xəbər veriblər.
İRNA-nın məlumatına görə, bir sivil haqları müdafiə qrupu Kaliforniya məscidlərində ABŞ-ın seçilmiş prezidenti Donald Trampı himayə və müsəlmanları soyqırımı ilə hədələyən, təhdid xarakterli məktubların aşkar edilməsinin ardınca, ABŞ polisindən məscidlərin təhlükəsizliyinin gücləndirilməsini istəyib.
Amerikada çıxan Los Anceles Tayms qəzetinin yazdığına görə, İslam - Amerika Əlaqələri Şurası ötən həftə bildirib ki, Klermont İslam Mərkəzi və San Xozedə yerləşən Urqrin İslam Mərkəzinə də müsəlmanlara qarşı təhdid mahiyyətinə malik olan oxşar məktublar göndərilib.
İslam - Amerika Əlaqələri Şurasının bildirdiyinə görə, bu məktublarda deyilir: Tramp Amerikanı təmizləyəcək və buna müsəlmanlardan başlayacaq.
Tramp seçki rəqabətləri zamanı müsəlman miqrantların Amerikaya girişinin qadağan edilməsini istəmişdi. Onun bu istəyi ciddi tənqidlər və reaksiyalara səbəb olmuşdu.