Dek 08, 2016 14:15 Asia/Baku
  • Papa Fransis: Terrorizm və savaşın din ilə əlaqəsi yoxdur

Dünya katoliklərinin rəhbəri bildirib ki, terrorizm və savaşın din ilə əlaqəsi yoxdur.

IRNA-nın məlumatına görə, Dünya katoliklərinin rəhbəri Papa Fransis dünən "Tertio" katolik həftəliyi ilə müsahibədə deyib: Heç bir din müharibə odunu yandırmır, bu, ifratçı qruplardırlar ki, özlərinin dini yayınmaları ilə dinin adından öz əməllərini əsaslandırmaq üçün istifadə edirlər.

Roma papası militarizm və terrorizmin dini yayınmalardan irəli gəldiyini bildirib və belə deyib: Dinin mahiyyəti, yalnız hörmət ilə dialoqun birliyidir.

Dünya katolikləri rəhbərinin sözlərinə görə, kiçik ekstremist qruplar dini təhrif edərək, müharibə aparırlar.

Dünya katoliklərinin rəhbəri həmçinin deyib: Avropa böhran və problemlərin həlli üçün yeni liderlərə ehtiyaclıdır.

Teqlər