Ağ Ev son prezident seçkilərinə mövqe bildirib
-
Ağ Ev son prezident seçkilərinə mövqe bildirib
Ağ Evin sözçüsü deyib: Seçilmiş prezident Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi mövzusundan siyasi məqsədlər üçün faydalanır.
İRNA-nın verdiyi məlumata görə, Ağ Evin sözçüsü Caş Ernest deyib: Obama Administrasiyası ABŞ konqresinin Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) Rusiyanı Amerikadakı son prezident seçkilərinə kibernetik müdaxilədə ittiham edən hesabatını dəstəkləyir.
MKİ rəsmiləri son vaxtlar Demokrat Partiyasının Email-larınin hək edilərəkViki-Liksə verilməsində bir neçə rus agentin rolundan xəbər vermişdi.
MKİ-nin hesabatına görə, Demokrat Partiyasının milli komitəsi və Hillari Klintonun seçki qərargahının rəhbərinin Email-larını Viki-Liksin ixtiyarına vermək üçün Rusiya dövləti tərəfindən bir neçə agentə missiya tapşırılmışdır.
Rusiya ABŞ-da son prezident seçkilərinə hər hansı müdaxiləsi barədə iddiaları rədd edir.