İngiltərənin 5 illik casusluqları ifşa edildi
İngiltərənin yerli rəsmiləri dinləmə cihazları, kameralar və özəl müfəttişlərdən istifadə edərək, 5 il müddətinə İngiltərə əhalisinə qarşı casusluq fəaliyyəti həyata keçirdiklərini etiraf ediblər.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Qardiyan qəzeti Britaniya Şurası adlı təşkilatın 5 il müddətinə vətəndaşlara qarşı casusluq fəaliyyətləri həyata keçirdiyini ifşa edib. Bu məlumata görə, Britaniya Şurası 55 000 gün üçün məxfi izləmə icazəsi alıbmış.
Bu faktlara əsasən, 186 yerli rəsmi "Araşdırmaların Aparılmasındakı Səlahiyyətlər Qanunu"ndan (RİPA) istifadə edərək, dinləmə cihazları, kameralar və özəl dedektivlərdən casusluq üçün faydalanıblar.
Bu qanun ilə müxalif olanların bildirdiklərinə görə, dövlət bu qanundan sadəcə zərurət yarandığı təqdirdə Britaniya vətəndaşlarını mühafizə üçün istifadə edəcəyini elan etsə də, indi bu qanundan öz istəkləri əsasında və heç bir zərurət olmadan bir çox hallar üçün istifadə edir.