Ukraynanın 2334 saylı qətnaməyə dəstəyi bu ölkədə mübahisələrə səbəb olub
-
Ukraynanın 2334 saylı qətnaməyə dəstəyi bu ölkədə mübahisələrə səbəb olub
BMT Təhlükəsizlik Şurasında "İsrail"ə qarşı qəbul edilmiş 2334 saylı qətnaməyə Ukrayna tərəfindən dəstək verilməsi bu ölkənin daxilində atmosferi gərginləşdirib.
PressTv-nin verdiyi məlumata görə, qətnamənin qəbul edilməsinə Ukraynanın lehinə səs verməsinə reaksiya əlaməti olaraq sionist rejim Ukrayna baş nazirinin Təl-Əvivə planlaşdırılmış səfərini təxirə salıb və Ukraynanın bu qərarı Kiyev-Təl-Əviv münasibətlərinə kölgə salıb.
Ukrayna hökumətinin tənqidçiləri deyirlər ki, bu qətnamə Ukraynanın İsrail ilə sərbəst ticarət müqavilələrinin taleyini təhlükəyə sala bilər. Ukrayna yəhudiləri də Ukraynanın anti-İsrail qətnaməyə müsbət səs verməsini son 25 il ərzində Ukrayna-İsrail əlaqələrində ən böyük rüsvayçılıq adlandırıblar. Ukraynanın Xarici İşlər Nazirliyi isə bildirib ki, Kiyevin sözügedən qətnaməyə dəstək verməsi Ukraynanın beynəlxalq qanunlar qarşısındakı öhdəlikləri əsasında olub.
Ukraynalı politoloq Vladimir Fisinko bu barədə deyir: Ukranya bu qətnaməyə bitərəf səs versəydi, bu qərb şəriklərimiz və ərəb ölkələri ilə həmrəylikdən çəkinmək və onlara hörmətsizlik əlaməti olardı, bunu İsrail ilə münasibətlərin soyuqlaşması ilə müqayisə etsək görəcəyik ki, ikincinin mənfi nəticələri daha azdır. Ukraynanın ərəb ölkələri ilə əlaqələrinin soyuqlaşması Ukrayna üçün daha kəskin mənfi nəticələrə gətirib çıxara bilər.
Ekspertlərə görə, Ukraynanın bu qətnaməyə müsbət səs verməsi İsrail-Ukrayna münasibətlərinə mənfi səsir göstərə bilər ancaq əgər Kiyev başqa yolu seçsəydi, onun mənfi nəticələri daha kəskin olacaqdı.