Myanma Malayziyanın Ruhingiya müsəlmanlarına yardım göndərməsilə müxalifət edib
Myanma dövləti dünən Malayziyadan Ruhingiya müsəlmanları üçün hər cür yardım yükünün köçürülməsilə öz müxalifətini bildirib.
Press TV-nin məlumatına görə, Malayziyada yardım və xeyriyyə qruplarından ibarət bir koalisiya gələn ay Myanmadakı Ruhingiya müsəlmanları üçün humanitar yardımlardan ibarət bir karvan göndərmək niyyətindədir ki, bu addım Myanma dövlətinin müxalifətilə üzləşibdir.
Həmin karvan Myanmanın Raxin əyaləti üçün fövqəladə yardımlar və qida maddələri daşıyacaq.
Malayziyalı yardım qrupları vurğulayırlar ki, hətta bu sahədə cavab almasalar belə, öz humanitar tapşırıqlarını davam etdirəcəklər.
Myanma prezident aparatı belə bir xahiş almasını inkar edib və bildiribdir ki, əgər həmin karvan lazımi lisenziyanı almazsa, köçürülmə icazəsinə malik olmayacaqdır.
Malayziya Myanmanın bu ölkə müsəlmanları ilə rəftar tərzini tənqid edən ölkələrdən biridir.
Myanma ordusunun Raxin əyalətinə qarşı hərbi hücumları müsəlmanlardan yüzlərlə nəfərin ölməsi və minlərlə nəfərin didərgin düşməsinə səbəb olubdur.
Beynəlxalq səviyyədə insan haqları sahəsində fəaliyyət göstərən qruplar xəbərdarlıq ediblər ki, Myanma dövlətinin bu hərəkəti bəşəriyyətə qarşı cinayətə bir nümunədir.