Putin Ayətullah Haşimi Rəfsəncaninin vəfatını başsağlığı verib
Rusiya prezidenti İranın quruluşun məsləhət şurasının mərhum sədri Ayətullah Haşimi Rəfsəncaninin dünyasını dəyişməsi münasibəti ilə başsağlığı verib
İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikasının Moskvadakı səfiri Mehdi Sənayi bu gün özünün telegram kanalında yazıb: Rusiya prezidenti Ayətullah Haşimi Rəfsəncaninin vəfatını İran xalqı və dövlətinə başsağlığı verib.
Bu gün səhər çağı da, Rusiya XİN-inin xüsusi nümayəndəsi İİR-in Moskvadakı səfirliyinə gələrək Ayətullah Haşimi Rəfsəncaninin dünyasını dəyişməsi münasibəti ilə başsağlığı vermişdir.
Bu gündən etibarən İranın Moskvadakı səfirliyində Rusiya və xarici ölkələrin rəsmilər, diplomatlar və tanınmış simalarının Ayətullah Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar müraciəti üçün xatirə dəftəri açılıb.
İraq, Monqolistan, Bosniya və Hersqvina, Fələstin, Yunanıstan, Litva, Borkinafaso, Suriya, İordaniya və Oman səfirləri eləcə də Rusiyanın XİN rəsmiləri və tanınmış siyasi xadimləri İİR-in Moskvadakı səfirliyinə müraciət edərək Ayətullah Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə İran xalqı və dövlətinin kədərini bölüşüblər.