Beynəlxalq Amnistiya Əllamə Zəkzakinin dərhal azad edilməsini istədi
Beynəlxalq Amnistiya Təşkilatı Nigeriyanı bu ölkədə məhkəmə qərarını yerinə yetirməyə və Nigeriya İslam Hərəkatınınb aş katibi Əllamə İbrahim Zəkzakini yüzlərlə tərəfdarı ilə birlikdə azad etməyə çağırıb. Çünki onun azad edilməsi üzrə təyin edilən vaxt yaxınlaşmaqdadır.
Əllamə Zəkzaki tərəfdarları ilə Nigeriya dövlət məmurları arasında qarşıdurma zamanından bir ildən çoxdur ki, həbsdədir. Beynəlxalq Amnistiya Təşkilatında Nigeriya məsələləri üzrə direktor Makmid Kamara deyib: Nigeriya hökuməti bu qərarı görməməzliyə vurduğu və Əllamə Zəkzaki və tərəfdarlarını azad etməkdən çəkindiyi halda qanunun hakimliyini açıq-aşkar pozmuş olacaq.
Kamara bir bəyanatda bildirib: Əllamə Zəkzakinin həbsi qeyri-qanuni olmuşdur. Bu hərəkət 2015-ci il dekabrda dəhşətli cinayətləri və yüzlərlə nigeriyalının qətlə yetirilməsi ilə bağlı faktları ört-basdır etmək məqsədilə böyük səylərin bir hissəsi ola bilər.