Yan 19, 2017 14:12 Asia/Baku
  • Nəcib Rəzzaq
    Nəcib Rəzzaq

Malayziyanın baş naziri Myanma dövlətini insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək bu ölkənin Raxin vilayətində Ruhingiya müsəlmanlarına qarşı zorakılıq hallarına görə yaşanan insani böhranı nigaran edici adlandırıb.

İRNA-nın verdiyi məlumata görə, Malayziyanın baş naziri Nəcib Rəzzaq bu gün İslam Əməkdaşlıq Təşkilatının(İƏT) Myanma müsəlmanlarının durumunu araşdırmaq üçün Kuala Lumpurda keçirdiyi fövqəladə iclasda Myanmada çoxlu sayda insanın qətlə yetirildiyini, çoxlarının ev-eşiklərindən didərgin salındığını xatırladaraq deyib: Bu mövzunun regionda təhlükəsizlik probleminə çevrilmək və sülh və sabitliyi təhlükəyə salmaq potensialı var. 

Malayziyanın XİN başçısı Ənifə Oman da iclasda etdiyi çıxışında deyib: Uzun illər üçün Myanma müsəlmanları Raxin vilayətində çətinliklərə dözür və onların durumuna baxılmaması regionda sülh və sabitliyi hədələyir.  

İƏT-in Myanmada Ruhigiya müsəlmanlarının durumunun eləcə də Fələstindəki son durumun  araşdırılmaq üçün 57 üzv ölkənin nümayəndələrinin iştirakı ilə Malayziya paytaxtı Kuala Lumpurda təşkil etdiyi iclas keçirilməkdədir. 

Ruhingiya müsəlmanlarının böhranının yeni mərhələsi ötən il oktyabr ayında Banqladeş sərhədləri yaxınlığında bir neçə Myanma polis qərargahına qarşı həyata keçirilən hücumlardan sonra başlandı. Bu hadisədən sonra Ruhingiya müsəlmanlarının mindən çox evi yandırıldı və on minlərlə müsəlman bu ölkəni tərk edərək Banqladeşə sığınmaq məcburiyyətində qaldı.   

Teqlər