Yan 19, 2017 19:23 Asia/Baku
  • Bəhreyn müqavimətinə dəstək
    Bəhreyn müqavimətinə dəstək

Müqaviməti Himayə üzrə Ərəb və İslami Cəmiyyət Livanda iclas keçirərək, Ali-Xəlifənin üç bəhreynli gəncin zalımcasına edamı üzrə hərəkətini pisləyib.

Əlməyadin telekanalının məlumatına görə, livanlı, fələstinli, yəmənli və bəhreynli şəxsiyyətlərdən ibarət Müqaviməti Himayə üzrə Ərəb və İslami Cəmiyyət Livanda bir iclas keçirərək, Ali-Xəlifənin üç bəhreynli gəncin zalımcasına edamı üzrə hərəkətini pisləyib və Bəhreyn xalqına öz dəstəyini elan edib.

Bu cəmiyyətin baş katibi Yəhya Qidar iclasın əvvəlində deyib: Biz Ali-Xəlifənin üç bəhreynli gəncin zalımcasına edamı üzrə cinayətini pisləyirik. Müqavimət Din Ailmləri Ümumdünya Birliyinin baş katibi və Sayda şəhərindəki Qüds məscidinin imam camaatı Şeyx Mahir Həmud da bu iclasda vurğulayıb ki, Bəhreyn xalqı məzlumdur. Bu üzdən, Ali-Xəlifə zalımlarını çətin günlər gözləyir, zira Allah-Taala məzlumun duasını cavabsız qoymur.

Bu iclasda bəhreynli fəallardan olan İbrahim Əlhəmdun Bəhreyn cinayətləri və reallıqları barədə hesabat təqdim edib və belə deyib: Edam olunmuş üç gəncdən yalnız ikisinə, ittihamı elan olunmuşdu və onların biri əvvəldən Birləşmiş Ərəb Əmirlikləri zabitinin qətli ilə bağlı müttəhim olmayıb və son günlərdə onun adı hallanıb və bu, Ali-Xəlifənin Bəhreyn xalqından bir növ intiqam almasının nişanəsidir. 

Fələstin İslam-Şəriət Şurasının sədri Şeyx Muhəmməd Zəğəmut da bu iclasda deyib: Bəhreyn rejiminin cinayətlərinin sionist rejimin cinayətlərilə oxşarlığı bundadır ki, hər iki rejim azadə və şərəfli insanları öldürür. O, əlavə edib: Fələstində də sionistlər öz hüququ və azadlığını istəyən hər bir kəsi qətlə yetirirlər və bütün bu cinayətlər Bəhreyn rejiminin himayədarı olan İngiltərənin razılığı və təsdiqi ilə həyata keçirilir.

Teqlər