Amerikada məscidlərin dağıdılması ssenarisi davam edir
-
Amerikada məscidlərin dağıdılması ssenarisi davam edir
ABŞ-da anti islam siyasətlərin və məscidlərin dağıdılması prossesinin davamında bu ölkədə növbəti məscid yandırılıb.
Fox News telekanalının verdiyi məlumata görə, dünən axşam Texas ştatında bir məscidin yandırılması binanın külli miqdarda ziyan görməsinə səbəb olub.
Hadisə Texas ştatının Viktoriya şəhərinin islami mərkəzində baş verib. Yanğın nəticəsində kimsə zərər çəkməyib və yanğının səbəbi dəqiqləşdirilməyib.
Ötən illərdə də bu islami mərkəz bəzi irqçilər tərəfindən təkrar hücumlara məruz qalmışdı.
Amerikan rəsmilərin etiraflarına əsasən son aylar ərzində bu ölkənin müxtəlif bölgələrində onlarla məscid hücuma məruz qalıb.
Bəzi ekspertlərə görə ABŞ prezidenti Donald Trampın anti-islam bəyanatları bu ölkədə ifratçılığın geniş yayılmasına yol açıb.
Viktoriya məscidinə hücum ilə eyni zamanda Virciniya ştatının şəhər proqramlaşdırma komistəsi bu ştatda Spot Silvaniya Kanti bölgəsinin məscidinin yenidən bərpası və genişləndirilməsinə dair təqdim olunmuş layihə ilə razılaşmanı təxirə salıb.
Amerika müsəlmanlarının dini mahiyyət daşıyan bəzi layihələri əksər hallarda amerikan rəsmilərin müxalifəti ilə üzləşir. Amerikada müsəlmanların sayı ilə müqayisədə məscidlərin sayının az olmasına baxmayaraq bu ölkədə az saylı məscid və dini mərkəzlər də hücumlara məruz qalır. Bu isə ABŞ-da islamofobiiya və islama qarşı nifrətin yayılmasından mənşə alır.