Fev 12, 2017 20:59 Asia/Baku
  • ABŞ İranda casusluq üçün
    ABŞ İranda casusluq üçün "beyin" üsullarından istifadə edir

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən ifşa edilən sənədlərə görə, Birləşmiş Ştatların casusluq orqanları İranda casusluq üçün "beyin" metodlarından istifadə edib.

PressTV-nin verdiyi məlumata görə, son zamanlar məxfi sənədlər sırasından çıxarılaraq, yayımlanan sənədlərə əsasən Tehranda ABŞ səfirliyinin tələbələr tərəfindən ələ keçirilməsi və amerikalı diplomatların həbs edilməsindən sonrakı dövrdə, MKİ "beyin" metodlarından istifadə edərək, bu diplomatların vəziyyətini nəzarət altında saxlayıb.

MKİ-nin iddiasına görə, kod adı "Grill Flame" olan bu əməliyyat zamanı Merilənd Ştatında yerləşən Fort Mead şəhərindəki bir binanın qaranlıq otaqlarında onlarla casusluq əməliyyatı planlaşdırılaraq, həyata keçirilib.

Bu binada yerləşən məmurlar beyinin gücündən istifadə edərək, İranda həbsdə olan diplomatlar ilə "telepatiya" yaratmağa çalışırmışlar.

Bu məlumata görə, amerikalı girovların azad edilməsindən və "Grill Flame" əməliyyatı ilə bağlı 202 hesabat arasında müqayisənin həyata keçirilməsindən sonra, yaradılan telepatiya vasitəsi ilə əldə edilən hesabatlardan sadəcə 7-si reallığı əks etdirib. 59 hesabat isə reallığa daha yaxın olub.

Teqlər