Fev 18, 2017 18:08 Asia/Baku
  • Roma papası İslam əleyhinə təbliğatı tənqid etdi

Dünya katoliklərinin rəhbəri İslam və digər dinlərə qarşı mənfi təbliğatın aparılmasını tənqid edib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Roma papası Fransis şənbə günü popolis hərəkatlarla əlaqədar beynəlxalq iclasda çıxışı zamanı "İslam Terrorizmi" adında bir fenomenin olmasını tam qətiyyətlə rədd edib və bütün dinlərin müdafiəsinə qalxıb.

Papa Fransis öz çıxışında deyib: Dinlər sülhü yaymaqla məşğuldurlar və ifratçılıq təhlükəsi bütün dinlərdə mövcuddur.

Roma papasının dediyinə görə, "Xristian terrorizmi" deyə bir fenomenin olmadığı kimi "Yəhudi Terrorizmi" və ya "İslam Terrorizmi" adlı fenomen də mövcud deyil.

Dünya katoliklərinin rəhbəri əlavə edib: Zorakılıq və ifratçılıq tərəfdarı olan şəxslər nifrət və başqalarına qarşı düşmənçiliyə səbəb olurlar.

Papa Fransis ABŞ prezidenti Donald Trampın iqlim dəyişiklikləri və yer kürəsinin istiləşməsi kimi faktları inkar etməsini də qınayıb və iqlim dəyişiklikləri böhranının bir gerçəklik olması barədə xəbərdarlıq edib.

Teqlər