Şimali Koreya səfirliyinin işçilərindən biri Kim Cun Namın qatili kimi təqdim olunub
Malayziya polisi Şimali Koreyanın baş məsul şəxslərindən birini həmin ölkənin rəhbərinin ögey qardaşı Kim Cun Namın qətlində əlinin olmasında şübhəli bilinən şəxs kimi təqdim edib.
Röyters xəbər agentliyinin məlumatına görə, Malayziya polisi Şimali Koreyanın şübhəli diplomatının bu səfirliyin ikinci katibi olduğunu qeyd edərək, bildirib ki, bundan öncə aşkarlanmış iki şübhəli şəxs hələ də Malayziyadadır və istintaqa cəlb olunubdur.
Malayziya polisinin bu rəsmisi həmçinin deyibdir ki, şübhəlilərdən biri, Şimali Koreyanın Air Koryo hava yolları şirkətinin işçilərindəndir.
Polis qəti şəkildə bu qənaətdədir ki, Kim Cun Namın qətlinin həyata keçirildiyi gün Malayziyadan qaçmış dörd digər şübhəli şəxs Şimali Koreyanın paytaxtı Pxenyana geri dönübdür.
Şimali Koreya ilə Malayziya arasında diplomatik çəkişmələr Şimali Koreya rəhbərinin ögey qardaşı Kim Cun Namın terror edilməsi zamanından, onun cəsədinin təhvil verilməsi və Malayziyanın bu barədə təhqiqat aparması tərzi üstündəki şifahi qarşıdurmalardan bəri şiddətlənibdir.
Şimali Koreya dövləti cəsədin birbaşa surətdə bu ölkənin Kuala-Lumpurdakı səfirliyinə verilməsini istəyibdir.