Ş.Koreya Malayziyadan üç şübhəlinin azad edilməsini istəyib
Şimali Koreyanın Malayziyadakı səfirliyi bu ölkənin başçılarından Şimali Koreya rəhbərinin ögey qardaşının qətli ilə bağlı həbs olunmuş şəxslərdən üçünün tez bir zamanda azad edilməsini istəyib.
Röyters-in məlumatına görə, Şimali Koreyanın Malayziyadakı səfirliyi bu gün bir bəyanatda bu ölkədən istəyibdir ki, Şimali Koreyanın rəhbəri Kim Cun Unun ögey qardaşı Kim Cun Namın qətli ilə bağlı Malayziya polisi tərəfindən həbs olunmuş Şimali Koreya vətəndaşı olan bir kişi, bir indoneziyalı və bir vyetnamlı qadının azad edilməsilə bağlı təcili tədbirlər görsün.
Belə bir halda, Şimali Koreya bu şəxslərin Malayziya polisi tərəfindən həbs olunmasını "ağılsız həbs" adlandırıb.
Malayziya polisi bu gün Şimali Koreya səfirliyinin ikinci katibini Şimali Koreyanın rəhbəri Kim Cun Unun ögey qardaşı Kim Cun Namın qətlində şübhəli bilinən şəxslərdən biri kimi aşkarlayaraq, bildirib ki, şübhəlilərdən digər birisi Şimali Koreyanın hava yolları ilə əlaqəlidir ki, onların hər ikisi Malayziyadadır və istintaqa cəlb olunubdur.
Şimali Koreya ilə Malayziya arasında diplomatik çəkişmələr Şimali Koreya rəhbərinin ögey qardaşı Kim Cun Namın terror edilməsi zamanından, onun cəsədinin təhvil verilməsi və Malayziyanın bu barədə təhqiqat aparması tərzi üstündəki şifahi qarşıdurmalardan bəri şiddətlənibdir.
Malayziya polisi Şimali Koreya rəhbərinin qardaşının qətli barədə təhqiqatların davamında bildiribdir ki, indiyədək yeddi şübhəli həbs olunub və Şimali Koreya səfirliyinin ikinci katibi də bu qətldə şübhəli kimi həbsə alınıbdır.
Şimali Koreya rəhbərinin ögey qardaşı Kim Cun Nam ötən bazar ertəsi günü Malayziyanın Kuala-Lumpur hava limanında şübhəli surətdə qətlə yetirildi.