İran və İndoneziya iqtisadi əməkdaşlıqlara təkid ediblər
-
İran və İndoneziya iqtisadi əməkdaşlıqlara təkid ediblər
İranın xarici işlər naziri və İndoneziyanın prezidenti iqtisadi əməkdaşlıqların genişləndirilməsi və bank maneələrinin aradan qaldırılmasına təkid ediblər.
İİR XİN başçısı Məhəmməd Cavad Zərif bu gün Cakartada IORA iclasının kənarında İndoneziya prezidenti Coko Vidodo ilə görüşündə bank əməkdaşlıqlarının gücləndirilməsini vurğulayaraq, iki ölkə arasında müxtəlif ticarət heyətlərinin mübadiləsinin ayrı-ayrı sektorlarda əməkdaşlıqların genişləndirilməsində təsirli rola malik olduğunu deyib.
İranın XİN başçısı həmçinin regional məsələlər və terrorizm ilə mübarizə mövzularına toxunaraq deyib: İranın siyasəti və səyləri regional təhlükəsizlik və sabitliyin təmininə yönəlib.
Coko Vidodo da bu görüşdə neft və qaz, investisiya, qeyri-neft məhsulların mübadiləsi və bank əməkdaşlıqlarının genişləndirilməsinə təkid edib.