Mart 16, 2017 09:50 Asia/Baku
  • Avropa Ali Məhkəməsinin hicaba qadağa hökmü pislənilib
    Avropa Ali Məhkəməsinin hicaba qadağa hökmü pislənilib

Avropanın müstəqil qurumları Avropa Ali Məhkəməsinin iş yerlərində hicabın qadağan edilməsinin qanuniləşdirilməsi barədəki qərarını qınayıblar.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Almaniyanın ayrı-seçkiliyə qarşı federal agentliyinin rəhbəri Kristian Loders dünən deyib: Avropanın Ali Məhkəməsinin qərarı gələcəkdə iş yerlərində hicablı qadınlar üçün şəraiti ağırlaşdıracaq. 

Almaniyanın ayrı-seçkiliyə qarşı federal agentliyindən olan Brenhard Frank da deyib: Avropanın Ali Məhkəməsinin qərarı dini atributlardan istifadənin qadağan edilməsi məqsədi ilə alman şirkətləri üçün durumu asanlaşdırmış olacaq. 

Beynəlxalq Amnistiya təşkilatı da, iş yerlərində ayrı-seçkiliyə yol  verdiyinə görə Avropanın Ali Məhkəməsinin qərarını qınayıb. 

Avropa Ali Məhkəməsi çərşənbə axşamı günü Avropa İttifaqına üzv ölkələrdə fəaliyyət göstərən şirkətlərin qadın işçilərə islam atributları, o sıradan hicabdan istifadəni qadağan etmək izni verib. 

Avropa Ali Məhkəməsinin hökmündə baş örtüyü islam atributu olaraq qeyd olunub. 

İctimayi fəallar Avropa Ali Məhkəməsinin qərarının Birləşmiş Millətlər Təşkilatının insan haqları bəyannaməsinə öz əksini tapmış fərdi azadlıqlara zidd olduğunu bildirirlər. 

Avropa dövlətləri, o sıradan Fransa və Almaniya son aylar ərzində müsəlmanlara qarşı xüsusiylə islami hicab barədə geniş məhdudiyyətlər tətbiq ediblər. 

Teqlər