Apr 03, 2017 14:26 Asia/Baku
  • Çikaqoda dəhşətli silahlı insident; 23 ölü və yaralı

Şənbə və bazar günləri ABŞ-ın Çikaqo şəhərinin müxtəlif bölgələrində baş verən silahlı insidentlərdə 6 nəfər həlak olub, azı 17 nəfər də yaralanıb.

FaxNewsun məlumatına görə, polis dairələri bildiriblər: Bazar günü Çikaqonun qərbində yerləşən East Qarfild Parkda bir avtomobilin sərnişinləri küçədə 6 nəfəri atəşə tutaraq hadisə yerindən qaçıblar.

Həmçinnin cümə və şənbə də silahlı insidentlər baş verib. Hadisələrin əsas qurbanları 19-34 yaşlı gənclərdir.

Görünür ötən 48 saat ərzindəki silahlı insidentlərdə mafiyaların əli olub.

ABŞ-ın Çikaqo şəhəri ən çox silahlı insident hallarının qeydə alındığı şəhərlərdən biridir.

ABC televiziyasının məlumatına görə, yeni milad ilinin əvvəlindən bəri Çikaqoda 700-dən çox insan odlu silahla hücuma məruz qalıb.

Silahlı insidentlər Çikaqo şəhərində ən böyük ictimai problem sayılır və bu şəhərin yoxsul sakinli bölgələrində cinayətkar mafiyaların olmasına görə, ABŞ-ın digər şəhərləri ilə müqayisədə ən çox insidentli şəhərdir.

Statistikalara əsasən, ABŞ əhalisinin sayına görə ən çox yüngül odlu silaha malik ölkə sayılır. Belə ki, ABŞ vətəndaşlarının hər yüz nəfərinə görə, 90 ədəd odlu silah mövcuddur.

Bununla belə ABŞ Konqresində silah gəzdirməyi dəstəkləyən lobbinin nüfuzuna görə, bu ölkənin əsas iki partiyası və hökuməti odlu silahları əldə etməyi məhdudlaşdırmaq üçün ciddi addım ata bilmir.

Teqlər