Apr 12, 2017 13:05 Asia/Baku
  • Beynəlxalq Amnistiya Təşkilatı Suriyada kimyəvi hücumla bağlı araşdırmaların aparılmasını istədi
    Beynəlxalq Amnistiya Təşkilatı Suriyada kimyəvi hücumla bağlı araşdırmaların aparılmasını istədi

Beynəlxalq Amnistiya Təşkilatının baş katibi ABŞ-ın Suriyaya raket zərbələri endirməsini kəskin formada tənqid edib və Suriyanın Xan Şeyxun şəhərində kimyəvi silahdan istifadə barədə araşdırmaların aparılmasını istəyib.

PressTV-nin məlumatına görə, Salil Şeti çərşənbə axşamı ABŞ-ın Suriyaya raket hücumunu "şüursuz və reflektiv" hərəkət adlandırıb və deyib: Bu kimi hərəkətlər kimyəvi hücumla bağlı araşdırmaların aparılmasını əvəz edə bilməz.

Şeti həmçinin deyib: ABŞ-ın bu hərəkəti Suriyada hansısa problemin həllinə kömək etməyəcək.

Salil Şeti daha sonra ABŞ prezidenti Donald Trampın müsəlman mühacirlərin ölkəyə buraxılmaması ilə bağlı qərarını tənqid edib və deyib: Bu qərar, Trampın Xan Şeyxunda müsəlman əhalinin vəziyyəti ilə bağlı narahatlığını ifadə etməsi ilə ziddiyyət təşkil edir.  

Teqlər