Fransa müsəlmanları məscidlərin bağlanmasına etiraz ediblər
https://azeri.sahartv.ir/news/dünya-i265830-fransa_müsəlmanları_məscidlərin_bağlanmasına_etiraz_ediblər
Fransa müsəlmanları dövlətin islamofob siyasətlərinə və bu ölkədəki məscidlərin bir neçəsinin bağlanmasına etiraz ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2017 14:32 Asia/Baku
  • Fransa müsəlmanları məscidlərin bağlanmasına etiraz ediblər

Fransa müsəlmanları dövlətin islamofob siyasətlərinə və bu ölkədəki məscidlərin bir neçəsinin bağlanmasına etiraz ediblər.

Fars xəbər agentliyinin məlumatına görə, Fransada daha bir məscidin bağlanmasının ardınca Paris ətrafında yerləşən "Montfermeil" məntəqəsi müsəlmanlarından yüzlərlə nəfər məscidin qarşısındakı səkidə camaat namazı qılıb.

Fransalı müsəlman namazqılanlar həmçinin məscidlərin bağlanmasına qarşı öz etirazlarını bildirmək üçün əllərində plakatlar tutmuşdular. Bu plakatların üzərində "Məscid bağlanmamalıdır!" və " Namazqılanlar ibadət məkanına malik deyillər!" şüarları yazılıbmış

Fransa dövləti son vaxtlar bəzi məscidlərin fəaliyyətinin təhlükəsizlik qanunları ilə uyuşmaması bəhanəsilə bu ölkədəki bir sıra məscidi bağlayıbdır.