Apr 25, 2017 14:06 Asia/Baku
  • Türkiyənin İraq və Suriyanın şimalına qarşı hücumları davam edir

Kürd mənbələr Türkiyə qırıcılarının İraqın şimalındakı Səncar məntəqəsinə qarşı hücumlarında 15 peşmərgənin ölməsi və yaralanmasından xəbər veriblər.

Əlaləm kürd mənbələrə istinadla xəbər verib ki, Türkiyə qırıcıları bu gün İraqın Səncar şəhəri yaxınlığındakı məntəqələrə, eləcə də Suriyanın şimal-şərqindəki sərhəd məntəqələrinə qarşı hücum ediblər ki, nəticədə beş peşmərgə ölüb, doqquz nəfər də yaralanıbdır.

Türkiyə silahlı qüvvələrinin komandanlıq mərkəzi İraqın şimalındakı məntəqələrə, o sıradan Səncar və Karaçuk-a qarşı hava hücumlarında məqsədi, terrorçuların bombalanması adlandırıb. 

Türkiyənin İraqın sərhəd məntəqələrinə qarşı avia və artilleriya hücumları Ankara ilə PKK arasındakı atəşkəs sazişinin 2014-cü ilin yayında pozulmasından bəri bərpa olunubdur ki, başlıca olaraq İraqın şimalındakı dağlıq məntəqələr üzərində təmərküzləşibdir.

Türkiyə türk hərbçilərin iştirakı barədə İraqla bir razılaşma imzalamayıbdır.

Teqlər