ABŞ Şərqi Avropada hərbi iştirakını artırmağa çalışır
https://azeri.sahartv.ir/news/dünya-i267532-abŞ_Şərqi_avropada_hərbi_iştirakını_artırmağa_çalışır
ABŞ-ın Müdafiə Nazirliyi Amerikanın Şərqi Avropada hərbi iştirakını genişləndirməsinin davamında ABŞ-ın 5-ci nəsil qırıcı təyyarələrinin Bolqarıstana daxil olmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2017 13:41 Asia/Baku
  • ABŞ Şərqi Avropada hərbi iştirakını artırmağa çalışır
    ABŞ Şərqi Avropada hərbi iştirakını artırmağa çalışır

ABŞ-ın Müdafiə Nazirliyi Amerikanın Şərqi Avropada hərbi iştirakını genişləndirməsinin davamında ABŞ-ın 5-ci nəsil qırıcı təyyarələrinin Bolqarıstana daxil olmasından xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, Pentaqon ABŞ-ın 2 ədəd "F-35" qırıcı təyyarəsi və təqribən 20 dəstək qüvvəsinin Britaniyanın "Liknhis" krallıq hava bazasından Bolqarıstana göndərilməsindən xəbər verib. 

Pentaqon bu addımın regional hərbi qüdrətin artırılması məqsədi ilə atıldığını bildirib. 

ABŞ-ın Avropadakı qüvvələrinin baş qərargah rəisi general Kortis Skaboroti isə bunu ABŞ-ın Avropanın təhlükəsizliyinin təmin edilməsində aşkar iştirakından xəbər verir. 

ABŞ-ın Şərqi Avropadakı hərbi iştirakı yeni hərbi təchizatlar və qüvvələrin yerləşdirilməsi ilə yeni mərhələyə daxil olub. 

NATO 2014-cü ildə Rusiyanın Ukrayna böhranına müdaxilə etməsi və Krım yarımadasını özünə birləşdirməsinin ardınca Rusiya qarşısında Avropa sərhədlərinin möhkəmləndirilməsi adı altında Şərqi Avropadakı hərbi iştirakını genişləndirməyə başlayıb.