Apr 30, 2017 14:41 Asia/Baku
  • Türkiyə polisi GEM TV-nin müdirinin qətlə yetirilməsi barədə araşdırmaları davam etdirir
    Türkiyə polisi GEM TV-nin müdirinin qətlə yetirilməsi barədə araşdırmaları davam etdirir

GEM TV-nin müdirinin İstanbulda qətlə yetirilməsi ilə bağlı Türkiyə polisinin araşdırmaları davam edir.

İRİB-nin verdiyi məlumata görə, məlumatlı mənbələr bildiriblər ki, GEM TV-nin müdiri Səid Kərimiyan dünən axşam İstanbul şəhərində güllələnərək, qətlə yetirilib.

Yerli vaxtla saat 20-də baş verən bu hadisə zamanı naməlum silahlı şəxslər Səid Kərimiyanın avtomobilinin önünü kəsərək, onu atəşə tutublar. Bu hadisədə Kərimiyanın yanında olan küveytli bir iş adamı da həyatını itirib.

İstanbulun Maslak məntəqəsində yerləşən Yunik ticarət mərkəzinin önündə baş vermiş hadisədə Səid Kərimiyan 27 güllə yarası alaraq, hadisə yerindəcə ölüb.

Teqlər