İndoneziya prezidenti xalqı təmkinli olmağa dəvət etdi
May 25, 2017 18:54 Asia/Baku
-
İndoneziya prezidenti xalqı təmkinli olmağa dəvət etdi
İndoneziya prezidenti terrorçu qruplaşmalar ilə mübarizəyə təkid edərək, xalqı təmkinli olmağa dəvət edib.
İRNA-nın məlumatına görə, Coko Vidodo cümə axşamı Cakartanın şərqində törədilən terror aktının ardınca İndoneziya xalqını təmkinli olmağa dəvət edib.
İndoneziya polisi bildirib ki, son terror aktında 3 polis zabiti və 2 terrorçunun həlak olması ilə yanaşı, 6 polis zabiti və 6 mülki də yaralanıb.
Bu, ötən ilin yanvar ayından bəri İndoneziyada törədilən ən qanlı terror aktı sayılır. Ötən il törədilən terror aktında 4 terrorçu və 4 mülki həyatını itirmişdi.
İndoneziya ötən 17 ayda bir sıra terror hücumlarının şahidi olub. Bu terror hücumları İŞİD terrorçuları tərəfindən törədilib.