Dünya yeni kiber hücumlar qarşısında
Ukraynanın Mərkəzi Bankı, Kiyev aeroportu və Çernobl nüvə mərkəzində radioaktivliyin dərəcəsinə nəzarət edən kompüterlər kiber hücumlara məruz qalıblar.
Dünyada onlarla ölkə və şirkət iki gündür ki, kiber hücumlara məruz qalırlar. Bu hücumlar həmin ölkələrdə qorxunun yaranması ilə nəticələnib. Hücuma məruz qalan kompüterlərin istifadəçilərindən pul tələb olunub. Bu hücumlar Windows platformasının zəif nöqtəsindən istifadə olunaraq həyata keçirilib. Bu arada Microsoft Şirkəti Windows-un yeni versiyasını satışa çıxarıb. Ötən ayda da dünyada minlərlə kompüter kiber hücumlara məruz qalmışdı. Bu dəfə ən çox xəsarət ölkələrdən biri Ukrayna olub.
Ukraynaın bir televiziya kanalının kompüterləri iflic vəziyyətə düşüb. Bu kompüterlərdə yayımlanan mətndə problemin aradan qaldırılması üçün 300 dollar tələb olunub.
Ukraynanın Mərkəzi Bankı, Kiyev aeroportu və Çernobl nüvə mərkəzində radioaktivliyin dərəcəsinə nəzarət edən kompüterlər kiber hücumlara məruz qalıblar.
Bu kiber hücumlar təkcə Ukrayna deyil, Rusiya, Hollandiya, İngiltərə, Almaniya və ABŞ-ı da hədəf alıblar. ABŞ-da Merk laboratoriyalarının kompüterləri kiber hücumlarının ilk məqsədi olub. Fransada bir neçə şirkət kiber hücumun hədəfinə çevrilib. Fransanın Milli Dəmiryol Şirkəti də kiber hücuma məruz qalıb. Fransa prokurorluğu bu barədə cinayət işi açıb. ötən ay 150 ölkədə yüz minlərlə kompüter kiber hücuma məruz qalmışdı. Hakerlər bu dəfə ehtimal üzrə ABŞ Milli Təhlükəsizlik Agentliyindən oğurladıqları kodlardan istifadə ediblər.