Fransanın cənubundakı məscidin önündə atışma
https://azeri.sahartv.ir/news/dünya-i274958-fransanın_cənubundakı_məscidin_önündə_atışma
Naməlum silahlı şəxslərin Fransanın cənubundakı məscidin önündə atəş açmaları nəticəsində səkkiz nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2017 04:36 Asia/Baku
  • Fransanın cənubundakı məscidin önündə atışma
    Fransanın cənubundakı məscidin önündə atışma

Naməlum silahlı şəxslərin Fransanın cənubundakı məscidin önündə atəş açmaları nəticəsində səkkiz nəfər yaralanıb.

Ərəbcə yayımlanan Skay-Nyus telekanalı bu gün səhər tezdən şahidlərə istinadla bildirib ki, iki yaraqlı şəxs Fransanın cənubundakı Evinyon şəhərində yerləşən Rəhmət məscidinin yaxınlığında atəş açmağa başlayıb.

Bu hadisə zamanı yaralanmış səkkiz yaralı arasında bir uşaq da nəzərə çarpır.

Fransa ümumi prokurorluğu bildirir ki, bu atışma terror mahiyyətli olmayıbdır.

Avropa son həftələrdə müsəlmanlara qarşı bir neçə hücum və təcavüzün şahidi olubdur.