İndoneziyada üç bomba partlayıb
İyul 09, 2017 10:15 Asia/Baku
-
İndoneziyada üç bomba partlayıb
İndoneziya polisi dünən bu ölkənin Qərbi Cava vilayətində üç bombanın partlamasından xəbər verib.
Sin-Xua-nın məlumatına görə, İndoneziya polisi bildirib ki, bu bombalar qərar üzrə Qərbi Cava vilayətinin mərkəzi olan Bandunq şəhərindəki bir kilsə, restoran və kafeyə qarşı terror hücumlarında partlamalıydı, lakin yerləşdirilməzdən öncə Kampunq Kubanq məntəqəsindəki bir kirayə evində partlayıb və heç bir tələfat törətməyibdir.
İndoneziya polisi bu bombaları düzəltmiş 22 yaşlı bir şəxsi həbs edibdir.
İŞİD terror qrupu son illərdə İndoneziyada bir neçə terror əməliyyatı həyata keçiribdir.
Bir çox analitik deyir ki, Suriya və İraqda işğal etdiyi məntəqələri itirmiş İŞİD terror qrupu Cənub-Şərqi Asiyada bir istinad nöqtəsi tapmağa çalışır.