İyul 13, 2017 19:06 Asia/Baku
  • Rusiyada müxalifət liderinin qatili 20 il həbsə məhkum edildi
    Rusiyada müxalifət liderinin qatili 20 il həbsə məhkum edildi

Rusiya hökuməti ilə müxalif olan cərəyanın rəhbər üzvlərindən olan Boris Nemtsovun qətlə yetirilməsində əsas şübhəli bilinən şəxs barəsində 20 il həbs qərarı çıxarılıb.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, 2015-ci ilin fevralında Moskvada Kreml sarayı yaxınlığında Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinənlərin məhkəmə prosesi cümə axşamı yekunlaşıb və baş şübhəli Zaur Dadayev 20 il həbsə məhkum edilib. 

Rusiya Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı olan çeçen əsilli Zaur Dadayev dövlət orqanlarındakı bütün fəaliyyət keçmişindən də məhrum edilib. 

Məhkəmə qərarına əsasən Nemtsovun qətlində şübhəli bilinən digər 3 nəfər 14-19 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Əslən yəhudi olan Boris Nemtsov 1991-ci ildə Sovet İttifaqının süqut etməsindən dərhal sonra Novoqrad şəhərinin meri seçilmişdi. O, 1996-cı ildə baş nazir müavini və energetika naziri olub. 1998-ci ildən isə müxalifət sıralarına qoşulub. 

Nemtsov Xalq Azadlıq Partiyası PARNAS-ın (əvvəlki adı - Rusiya Respublika Partiyası ) partiyasının rəhbər üzvlərindən olub. O həmçinin, Yaroslav Vilayət Dumasının üzvü olub. 

Teqlər