İyul 22, 2017 14:26 Asia/Baku
  • BMT Ruhingiya müsəlmanlarına görə nigarandır
    BMT Ruhingiya müsəlmanlarına görə nigarandır

Birləşmiş Millətlər Təşkilatı Ruhingiya müsəlmanlarına qarşı Myanma ordusu tərəfindən etnik təmizləmə əməliyyatlarından nigaran qaldığını bildirib.

Xəbər Asiya telekanalının verdiyi məlumata görə, BMT-nin xüsusi nümayəndəsi Yanqi Li bildirib ki, Myanma dövləti Ruhingiya müsəlmanlarına qarşı sərt repressiv metodlardan istifadə edir. 

BMT nümayəndəsi dünən Myanma dövlətindən təmsil etdiyi təşkilatın təhqiqat qrupuna Ruhingiya müsəlmanlarına qarşı etnik təmizləmə əməliyyatıları üzrə araşdırmalar aparmaq üçün icazə verməsini istəyib. 

Yanqi Li Myanmaya 12 günlük səfərinin sonunda deyib: Raxin vilayətində təhlükəsizlik qüvvələrinin qanunsuz hərəkətləri barədə məlumatlar var və hüquq müdafiəçiləri, jurnalistlər təzyiqlərə məruz qalırlar. 

Ötən oktyabr ayından bəri 70 mindən çox Ruhingiya müsəlmanı Myanma hərbçilərinin qanlı repressiyialarından canlarını qurtarmaq üçün Banqladeşə qaçıblar. 

Myanmanın Raxin vilayətində ordu qüvvələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar, zorakılıq və təcavüz halları, mənzillərin yandırılması müsəlmanların öz ev-eşiklərindən didərgin düşmələrinə səbəb olub. 

İfratçı buddistlərin Ruhingiya müsəlmanlarına qarşı hücumları 2012-ci ildə başlanıb və bunun nəticəsində yüzlərlə adam ölüb və 150 mindən çox adam didərgin düşüb. 

Ruhingiya müsəlmanları Miyanmanın qərbində Raxin vilayətində yaşayırlar. Onlar vətəndaş hüququndan məhrum edilib və Myanma dövləti olnarı Banqladeşdən olan miqrantlar adlandırır. 

Teqlər