İyul 23, 2017 13:35 Asia/Baku
  • Polşada aksiyalar davam edir
    Polşada aksiyalar davam edir

Minlərlə Polşa əhalisi ölkənin Ali Məhkəməsinin qalmaqallı islahat layihəsinə etiraz əlaməti olaraq şənbə günü bu ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirib.

Frans24 telekanalının verdiyi məlumata görə, Polşada aksiyaçılar hakim partiyanın rəhbəri Yaroslav Kaçinskinin öz sözünü yeritməsi və tamahkarlığının kommunizm dövründəki atmosferi xatırlatdığını bildiriblər. 

Bu məlumata görə, mütəşşəkil olmayan müxalifət qrupları qarşıdan gələn seçkilərdə vahid şəkildə iştirak etmək üçün birləşmək tələbləri irəli surublər 

Etirazçılara görə, Ali Məhkəmənin qalmaqallı islahat layihəsi onun müstəqilliyinə xələl gətirir və hökumətin ədliyyə sisteminə nüfuzuna şərait yaradır. 

Avropa Komissiyası da çərşənbə günü Polşa dövlətinə xəbərdarlıq edib və Varşavanı misli görünməmiş sanksiyalarla hədələyib. 

Polşanın Ali Məhkəməsində islahat layihəsi icra olunmaq üçün ölkə prezidenti Andirzic Duda tərəfindən imzalanmalıdır. 

Teqlər