Avq 25, 2017 09:36 Asia/Baku
  • AB sionistlərin hərəkətlərinə reaksiya verib
    AB sionistlərin hərəkətlərinə reaksiya verib

Avropa Birliyi sionist rejimin İordan çayının qərb sahilində yerləşən fələstinli tədris mərkəzlərinə qarşı hərəkətlərini pisləyib.

Sionist rejimin İordan çayının qərb sahilində yerləşən fələstinli tədris mərkəzlərinə qarşı düşmənçilik hərəkətlərinin ardınca Avropa Birliyi bir bəyanatda bu hərəkətləri pisləyərək, sionistlərin fələstinlilərin, xüsusən fələstinli uşaq və məktəblilərin hüquqlarına sadiq qalmalarını istəyib.

Avropa Birliyi dünən yaydığı bu bəyanatda İordan çayının qərb sahilində yerləşən fələstinli məkəb binalarının sionist rejim tərəfindən müsadirə olunması və dağıdılmasından son dərəcə nigaran olduğunu bildirib.

İsrail rejimi bazar ertəsi günü İordan çayının qərb sahilində yaşayan fələstinlilərə aid uşaq bağçasını müsadirə edib; çərşənbə axşamı günü gecə də İordan çayının qərb sahilinin cənubunda yerləşən kiçik bir ibtidai məktəbi dağıdıbdır. Bundan öncə də bir neçə fələstinli məktəbi lisenziyaya malik olmaması bəhanəsilə sionist rejim tərəfindən dağıdılmışdı.

Teqlər