Avq 28, 2017 20:10 Asia/Baku
  • Ruhingiya müsəlmanı Banqladeşdən Myanmaya geri qaytarılıb
    Ruhingiya müsəlmanı Banqladeşdən Myanmaya geri qaytarılıb

Banqladeş polisi bu ölkəyə daxil olan 90 ruhingiya müsəlmanını Myanmaya geri qaytarıb.

İRNA-nın verdiyi məlumata görə, həmin müsəlmanlar dünən Myanma hərbçilərinin müsəlmanlara hücumundan sonra sərhəddi keçərək Banqladeşə sığınmışdılar. 

Banqladeş dövləti elə bir şəraitdə bu kimi hərəkətə əl atır ki, Myanma ordusunun və ifratçı buddistlərin Raxin vilayətində müsəlmanlara qarşı hücumlarının yeni mərhələsinə cümə günü Maunqdau şəhərində start verildi və indiyədək yüzdən çox müsəlman qətlə yetirilmişdir. 

Ötən ayın əvvəllərində Myanma hərbçilərinin Raxin vilayətinə qoşun yeritməsi  nəticəsində minlərlə Ruhingiya müsəlmanı öz ev-eşiyini tərk edərək Banqladeşə qaçdı. 

Raxin vilayəti 2012-ci ildən bəri ifratçı buddistlər və Myanma ordusunun müsəlmanlara qarşı hücumlarının şahididir. Bu hücumlar nəticəsində yüzlərlə müsəlman öldürülüb, on minlərlə müsəlman öz ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. 

1970-ci ildən bəri Banqladeşdə 500 min müsəlman yaşayır.  

Teqlər