Sen 02, 2017 15:51 Asia/Baku
  • Ruhingiya müsəlmanları acınacaqlı durumdadır
    Ruhingiya müsəlmanları acınacaqlı durumdadır

Birləşmiş Millətlər Təşkilatının rəsmilərindən biri Myanmada didərgin düşmüş ruhingiya müsəlmanlarının acınacaqlı durumda olduqlarını deyib.

İRNA-nın verdiyi məlumata görə, BMT-nın humanitar yardım üzrə koordinasiya ofisinin sözçüsü Pyer Pron deyib: Raxin vilayətində Myanma ordusunun hücumları nəticəsində  120 min didərgin müsəlman var ki, yeyinti maddələri , səhiyyə və müalicə xidmətlərinə ehtiyaclıdır. 

Myanma ordusu özlərinin son cinayətində 370-dən  çox müsəlmanı qırğın ediblər. 

Ruhingiya müsəlmanlarından 38 min nəfəri də Myanma ordusunun hücumları nəticəsində öz yurdunu tərk edərək özünü Banqladeş sərhədlərinə çatdırıb.

Myanma ordusunun təcavüzkar və zorakı əməliyyatları 12 gündür ki yenidən başlayıb və davam etməkdədir. 

2012-ci ildən bəri Myanmanın müsəlman sakinli Raxin vilayəti Myanma ordusu və ifratçı buddistlər tərəfindən qanlı hücumlara məruz qalır.  

Teqlər