Sen 03, 2017 09:26 Asia/Baku
  • Boris Conson: Myanma müsəlmanlarına qarşı zorakılıq durdurulmalıdır

Britaniyanın xarici işlər naziri şənbə günü Myanma dövləti xüsusi ilə bu ölkənin xarici işlər naziri Ang San Suçidən Ruhinqa müsəlmanlarına qarşı zorakılıqların durdurulmasını istəyib.

İRİB-nin verdiyi məlumata görə, Boris Conson deyib: Ruhinqa müsəlmanları ilə edilən bu rəftar Myanmanın imicinə zərbə vurur. 

25 Avqust tarixindən etibarən Myanma ordusu və ifratçı buddistlərin Ruhinqa müsəlmanlarına qarşı hərtərəfli və amansız hücumları başlanıb. Myanmanın Raxin vilayətində yerləşən Arakan məntəqəsində müsəlmanlara qarşı zorakılıqlarda indiyə kimi 400 nəfərin o cümlədən çoxlu sayda qadın və uşağın öldürüldüyü bildirilir. 

Raxin vilayəti 2012-ci ildən Myanma ordusu və ifratçı buddistlərin müsəlmanlara qarşı hücumlarının şahididir. Myanmada yaşayan bir milyondan çox müsəlman vətəndaşlıq hüququndan məhrum edilib. 

Teqlər