Sen 07, 2017 12:47 Asia/Baku
  • Ruhinqa müsəlmanları Banqladeşə qaçmaqdadır
    Ruhinqa müsəlmanları Banqladeşə qaçmaqdadır

Son 10 gün ərzində minlərlə ruhinqa müsəlmanı Myanmadan Banqladeşə keçib.

İRİB-in Röytersə istinadlı məlumatına görə, Banqladeşə qaçan müsəlmanların bəziləri canlarını qurtara biliblər amma bəziləri isə qaçarkən Myanma hərbçiləri tərəfindən güllə yarası alaraq xəstəxanaya köçürülməli olublar. 

Birləşmiş Millətlər Təşkilatının Didərginlər üzrə Ali Komisarlığı bildirib ki, ruhinqa müsəlmanları Banqladeş sərhədlərini keçməkdə davam edir və indiyədək onlar üçün hazırlanmış üç düşərgə artıq didərginlərlə dolub. BMT Ali Komisarlığı sadəcə bazar ertəsi gününədək 73 min didərginin Banqladeşə sığındığını bildirib. 

Bu sayda didərgin avqustun 25-də Raxin vilayətində müsəlmanlara qarşı başladılan zorakılıqların yeni mərhələsində Banqladeşə qaçıb. 

Didərginlərin ilkin ehtiyaclarının illər öncə Banqladeşə qaçan Myanma müsəlmanları tərəfindən təmin edildiyi bildirilir. 

Teqlər