Sen 07, 2017 19:45 Asia/Baku
  • Kataloniya müstəqillik istəyir
    Kataloniya müstəqillik istəyir

Kataloniyalı millət vəkilləri İspaniya hökumətinin müxalifəti və hədə-qorxularına rəğmən oktyabrın birində müstəqillik üçün referendumun keçirilməsini istəyirlər.

Kataloniyanın yerli parlamenti 6 sentyabrda öz tarixinin ən qalmaqallı günlərindən birini yaşamış oldu. Kataloniyanın müstəqilliyi ilə müxalif olanlar 11 saat davam edən danışıqların ardınca iclas zalını tərk ediblər. Amma, çoxluqda olan müstəqillik tərəfdarları İspaniyadan ayrılmaq üzrə referendumun keçirilməsinə səs veriblər. Beləliklə Kataloniya parlamentinin 132 üzvünün 72-si müstəqillik üzrə referendumu dəstəkləyib. 

İspaniya hökuməti isə Kataloniyanın müstəqillik uğrunda səylərinə cavab olaraq, siyasi və qanuni müstəvidə addımlar atmağa başlayıb və  bu referendumun keçirilməsinə mane olmaq üçün bütün vasitələrdən istifadə edəcəyini bildirib.

Teqlər