Kataloniyada referendum təxirə salınıb
İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniyanın müstəqilliyi üçün referendumun keçirilməsini təxirə salıb.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İspaniya Konstitusiya Məhkəməsi dünən gecə bir hökm çıxararaq çərşənbə günü Kataloniya parlamentində qəbul olunmuş müstəqillik üçün referendum qanununun icrasını təxirə salıb və beləliklə referendumun oktyabrın 1-də keçirilməsinə mane olub.
İspaniyanın baş naziri Mariano Raoy dünən məhkəməyə ərizə verərək Kataloniyada müstəqillik üçün referendumun qeyri-qanuni olduğunu bildirib. ispaniya konstitusiyasına görə bu ölkə bölünməzdir.
Kataloniya vilayəti illərdir İspaniyadan ayrılmağa səy göstərir. 2014-cü il noyabrda bu vilayətdə keçirilən referendumda əhalinin 80 faizi vilayətin İspaniyadan ayrılmasına səs verdi. Həmin referendumun nəticəsi, icraya lüzum yaratmırdı.