Sen 08, 2017 15:48 Asia/Baku
  • Malayziya Ruhinqa didərginlərinin müvəqqəti məskunlaşdırılmasına hazır olduğunu bildirib

Malayziya bildirib ki, Myanma hökumətinin bəşəriyyətə zidd cinayətlərindən qaçan ruhiqalı müsəlman didərginlərə sığınacaq verməyə hazırdır.

Malayziya sahil qvardiyasının rəisi Zulkifili bin Əbu Bəkr bu gün deyib ki, Myanma ordusunun və radikal buddistlərin qanlı hücumlarından dəniz yolu ilə qaçaraq, Malayziyanın sahil sularına daxil olan ruhinqalı müsəlmanları müvəqqəti sığınacaqlarda məskunlaşdıracaqdır. 

Malayziya hazırda yüz mindən yuxarı ruhinqalı müsəlmana sığınacaq veribdir.

Tailand da bundan öncə Myanmanın Raxin əyalətindən qaçan müsəlman didərginləri qəbul etməyə hazır olduğunu bildirmişdi.

İki həftə bundan öncə Myanmanın Raxin əyalətində misli görünməmiş zorakılıqların yeni dalğasının başlanması ilə 300 min ruhinqalı müsəlman Banqladeş sərhədində didərgin düşüb; altı min nəfərdən çox insan da Myanma ordusunun və radikal buddistlərin hücumlarında öldürülüb və ən azı səkkiz min nəfər də yaralanıbdır.

Teqlər