İndoneziya müsəlmanları Rohinqya müsəlmanlarına dəstək aksiyası keçiriblər
https://azeri.sahartv.ir/news/dünya-i281787-İndoneziya_müsəlmanları_rohinqya_müsəlmanlarına_dəstək_aksiyası_keçiriblər
İndoneziyada minlərlə nəfər Myanmada Rohinqya müsəlmanlarının kütləvi zorakılığa məruz qalmasına etiraz olaraq, ölkə məscidlərindən birində aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2017 10:56 Asia/Baku
  • İndoneziya müsəlmanları Rohinqya müsəlmanlarına dəstək aksiyası keçiriblər
    İndoneziya müsəlmanları Rohinqya müsəlmanlarına dəstək aksiyası keçiriblər

İndoneziyada minlərlə nəfər Myanmada Rohinqya müsəlmanlarının kütləvi zorakılığa məruz qalmasına etiraz olaraq, ölkə məscidlərindən birində aksiya keçirib.

İRNA-nın məlumatına görə, İndoneziya müsəlmanları cümə günü axşam ötən illərdə Myanmada kütləvi zorakılıqlara məruz qalmış Rohinqya müsəlmanlarını himayə məqsədi ilə Yava adasında yerləşən Nur məscidində bir araya gəliblər. Aksiya iştirakçıları Rohinqya müsəlmanlarına qarşı zorakılığın durdurulmasını istəyiblər. 

İndoneziyalı müsəlman qruplar buddistlərə qarşı olan bu etiraz aksiyasını mərkəzi Yava adasında keçirməyi planlaşdırsalar da, polisin müxalifəti ilə üzləşiblər.