Malayziya müsəlmanları Myanma ilə əlaqələrin kəsilməsini istəyiblər
Myanmada Rohinqya müsəlmanlarına qarşı kütləvi zorakılıq və soyqırımından qəzəblənmiş Malayziya müsəlmanları Myanmanın Kualalampurdakı səfirliyi önündə aksiya keçirib, bu ölkə ilə diplomatik əlaqələrin kəsilməsini istəyiblər.
İRNA-nın məlumatına görə, yüzlərlə Malayziya vətəndaşı və bu ölkədə yaşayan Rohinqya müsəlmanı cümə namazında iştirak etdikdən sonra Myanmanın Kualalampurdakı səfirliyi önündə piket keçirib, Rohinqya müsəlmanlarının qırğın edilməsini qınayıb.
Malayziyada hökumət tərəfdarı olan sağçı "Qırmızı Libaslılsar" hərəkatının rəhbəri Camal Yunis jurnalistlər qarşısında verdiyi açıqlamada dünya ictimaiyyətinin Rohinqya müsəlmanlarına qarşı zorakılıqlara laqeyd yanaşmamasını istəyib və deyib: Dünya ictimaiyyəti Myanma hökumətinə Rohinqya müsəlmanlarına qarşı soyqırımını ən qısa zamanda durdurması üçün təzyiq göstərməlidir.
Rohinqya müsəlmanlarına qarşı zorakılıqlara etirazların artmasına baxmayaraq, Myanma hökuməti ordu və ifratçı buddistlər vasitəsi ilə Raxin vilayətində Rohinqya müsəlmanlarına qarşı soyqırımını davam etdirir.
İndiyə kimi 100 mindən çox Rohinqya müsəlmanı soyqırımından xilas olmaq üçün Malayziyaya sığınıb. Təqribən, 300 min Rohinqya müsəlmanı da Banqladeşə qaçıb.
Ötən 2 həftə ərzində 6000 Rohinqya müsəlmanı öldürülb, 8000 nəfər isə yaralanıb.