Sen 09, 2017 19:17 Asia/Baku
  • Rusiya: ABŞ Deyrəzzurda terrorçulara dəstək verməsin
    Rusiya: ABŞ Deyrəzzurda terrorçulara dəstək verməsin

ABŞ-ın Deyrəzzurda gedən döyüşlərdə terrorçuları himayə etməsi və terrorçu dəstə başçılarını savaş meydanından qaçırmağa çalışması Vaşinqton ilə İŞİD arasındakı strateji müttəfiqliyin daha artıq ifşa edilməsinə səbəb olub. Bu isə Rusiyanın kəskin etirazları ilə üzləşib.

Suriya və müttəfiqlərinin Deyrəzzurdakı qələbələri, savaşla bağlı həqiqətlərin daha artıq aşkar olmasına səbəb olub. Belə ki, ABŞ və müttəfiqlərinin terrorçuları himayə etmələri indi hamı üçün daha da aydınlaır. ABŞ-ın Deyrəzzurda İŞİD terrorçuları ilə əməkdaşlığı o qədər aşkar hal alıb ki, Rusiya siyasətçiləri və hərbi rəsmiləri artıq bu məsələyə kəskin etiraz etməyə başlayıblar.

 

Siyasi məsələlər üzrə analitik deyir: "ABŞ-ın İŞİD başçılarını Deyrəzzurdan çıxartması Vaşinqton ilə terrorçular arasındakı strateji əməkdaşlığı ifşa etmiş olub. Bu eyni zamanda ABŞ-ın birbaşa olaraq Rusiyaya qarşı çıxması anlamındadır."

 

Bu arada Rusiyanın Müdafiə Nazirliyi bir bəyanat yayaraq, İŞİD-in müharibə naziri Qolmurad Həlimovun, Deyrəzzurun əmiri Əbu Məhəmməd Əşşumali və daha 44 terrorçunun Rusiya qırıcılarını hücumları zamanı öldürülməsi xəbərini təsdiq edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü də Amerikalılara xitabən və kinayə ilə deyib: "Suriyada terrorçuların tam məğlubiyyətinə çox qalmayıb. Terrorizm ilə mübarizə adı altında yaradılmış koalisiyalar da bəzi terrorçu qruplaşmaları himayə etməkdən əl çəkməlidirlər."

 

Rusiya xarici işlər naziri də Fransız həmkarı ilə birgə mətbuat konfransında ABŞ-ın Xan Şeyxunda baş vermiş kimyəvi hücumla bağlı araşdırmaların aparılmasına mane olması və Suriya böhranının həlli istiqamətində pozuculuq törətməsini tənqid edib: "Xan Şeyxun hadisəsi bir daha sübut etdi ki, ABŞ və başçılıq etdiyi koalisiya baş verən hadisələrlə bağlı həqiqətlərin öyrənilməsinə mane olur və bəzi terrorçuları himayə yolunda addım atır."

 

Bütün bunları nəzərə alaraq, ABŞ-ın Suriyada gedən savaşla bağlı rəftarlarına qarşı tənqidlər hər gün daha da artır.

 

 

 

Teqlər