Danimarka xalqı Ruhinqa müsəlmanlarının qırğın edilməsinə etiraz edib
Minlərlə danimarkalı aksiya keçirərək, Myanmanın qərbində Ruhinqa müsəlmanlarının qırğın edilməsini pisləyib.
Bazar günü bir qeyri-hökumət təşkilatının çağırışı ilə Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən bu aksiyanın iştirakçıları meriya binasının önünə toplaşaraq, Ruhinqa müsəlmanlarına qarşı cinayətləri pisləyiblər.
Əllərində plakatlar tutmuş aksiyaçılar Myanma dövlətindən istəyiblər ki, Ruhinqa müsəlmanlarına qarşı irqi təmizləməni dayandırsın. Onlar dünya ictimaiyyətindən də istəyiblər ki, bu məntəqədəki insan böhranına son qoymaq üçün təcili addımlar atsın.
Myanma ordusunun Ruhinqa müsəlmanlarına qarşı hücumları avqustun 25-dən başlanıb və indiyədək minlərlə nəfər ölüb və yaralanıb, təqribən 300 min nəfər də didərgin düşübdür. Myanmada müsəlmanlar vətəndaşlıq hüquqlarından məhrumdurlar.