ABŞ Senatı: Tramp ağ dərililərin üstün olduğunu düşünənləri aşkar formada qınamalıdır
https://azeri.sahartv.ir/news/dünya-i282139-abŞ_senatı_tramp_ağ_dərililərin_üstün_olduğunu_düşünənləri_aşkar_formada_qınamalıdır
ABŞ Senatı bir qətnamə qəbul edərək, ağ dərililərin üstün irq olduğunu düşünən qrupların fəaliyyətini qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2017 12:45 Asia/Baku
  • ABŞ Senatı: Tramp ağ dərililərin üstün olduğunu düşünənləri aşkar formada qınamalıdır
    ABŞ Senatı: Tramp ağ dərililərin üstün olduğunu düşünənləri aşkar formada qınamalıdır

ABŞ Senatı bir qətnamə qəbul edərək, ağ dərililərin üstün irq olduğunu düşünən qrupların fəaliyyətini qınayıb.

ABŞ Konqresinə bağlı Hill internet portalı yazır: ABŞ Senatı bazar ertəsi günü bir qətnamə qəbul edərək, ağ dərililərin üstün irq olduğunu himayə edən qrupların fəaliyyətini qınayıb və ABŞ prezidenti Donald Trampdan aşkar formada bu qruplara qarşı çıxış etməsini istəyib. 

ABŞ Senatının bu qətnaməsi ötən ay Vircinya Ştatında ağ dərililərin üstün irq olması düşüncəsinin tərəfdarı olan qruplar tərəfindən törədilən zorakılıq hallarını qınamaqdan çəkinən ABŞ prezidenti Donald Trampın rəftarına bir reaksiya sayılır. Tramp Şarlotzvildə baş verənlərə münasibət bildirərəkən həm irqçiləri həm də onlar ilə müxalif olanları müqəssir adlandırmışdı.