YUNİSEF 200 min Rohincalı uşağın ölüm təhlükəsi ilə üz-üzə olduğunu bildirib
Sen 13, 2017 18:10 Asia/Baku
BMT-nin uşaq fondu YUNİSEF təqribən 200 min Rohincalı uşağın Myanmada, Banqladeş ilə sərhəd məntəqədə ölüm təlükəsi ilə qarşı-qarşıya olması barədə xəbərdarlıq edib.
İRNA-nın məlumatına görə, YUNİSEF-in Avstraliyadakı regional ofisi çərşənbə günü bir bəyanat yayaraq, Banqladeş ilə sərhəd məntəqələrə pənah gətirən Myanmalı Rohinca müsəlmanlarının vəziyyətini son dərəcə acınacaqlı adlandırıb və bildirib: 200 mindən çox Rohincalı uşaq həyatda qalmaq üçün təxirəsalınmaz humanitar yardımlara ehtiyaclıdır.
YUNİSEF-in bildirdiyinə görə, içməli su və səhiyyə sistemləri Banqladeş ilə sərhəd məntəqələrə sığınmış Myanmalı Rohinca müsəlmanlarının ən ilkin ehtiyaclarını təşkil edir.